Yuxarı

​BƏƏ vizanın qiymətinin qaldırılması haqqında qərar qəbul edib

Bundan sonra əmirliklərə getmək üçün vizaya 85 dollar ödəmək lazım gələcək

Bakı. 14 noyabr. REPORT.AZ/ Noyabrın 13-də Birləşmiş Ərəb Əmirliklərində vizanın qiymətinin qaldırılması haqqında qərar qüvvəyə minib.

"Report" xəbər verir ki, bundan sonra əmirliklərə getmək üçün vizaya 85 dollar ödəmək lazım gələcək ki, bu da əvvəlki qiymətdən 25 dollar çoxdur.

Həmçinin, yerli hakimiyyət daimi vizanın açılmasına müvəqqəti qadağa tətbiq edib. Bu gün BƏƏ ilə viza rejimi olan ölkələrin vətəndaşları yalnız 3 günlük tranzit icazəsi ala bilərlər.

Bu xəbər mətbuatda böyük əks-səda yaradıb. Belə ki, turistlərin əksəriyyəti Birləşmiş Əmirliklərə yol vəsiqəsini əvvəlcədən bron etməklə alırlar. Buna görə də, onlar vizanın pulunu əvvəlki qiymətlə ödəyiblər.

Qərarda isə bildirilir ki, bu cür səyyahlar əlavə 25 dollar ödəməli olacaqlar, əks təqdirdə onlar dövlətin ərazisinə buraxılmayacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi