Yuxarı

​BƏƏ-nin Azərbaycana göndərəcəyi nümayəndə heyətinin tərkibi müəyyənləşib

Bakıdakı turizm sərgisində BƏƏ-nin 17 şirkəti iştirak edəcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıda keçiriləcək turizm imkanları sərgisində iştirak edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşib.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, marketinq və xaricdə inkişaf departamentinin direktoru Abdullah Saleh Hammadi, BƏƏ hökuməti Kommunikasiya departamentinin direktoru Xalid İbrahim bin Nassar, eləcə də Dubay, Əbu-Dabi, Şarja, Ras-əl-Hayma və Fuceyra əmirlikləri turizm departamentləri sərgidə iştirak etmək üçün Azərbaycana gələcək.

Bundan əlavə, sərgidə BƏƏ-dən olan 17 turizm şirkəti və mehmanxana təmsil olunacaq.

Xatırladaq ki, BƏƏ-nin turizm imkanları sərgisi MDB regionunda ölkənin turizm imkanlarını təbliğ etmək kampaniyası çərçivəsində sentyabrın 11-də Bakıda baş tutacaq. Azərbaycanda keçiriləcək bu sərgiyə qədər belə tədbirlər Astana və Daşkənd şəhərində təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi