"BBC Travel" Bakı və Abşeronun görməli yerləri barədə reportaj dərc edib

"BBC Travel" Bakı və Abşeronun görməli yerləri barədə reportaj dərc edib Reportajda Qobustan, İçərişəhər, Atəşgah, Yanardağ kimi tarixi abidələrin tarixindən bəhs edilir
Turizm
29 İyun , 2017 11:37
BBC Travel Bakı və Abşeronun görməli yerləri barədə reportaj dərc edib
BBC

Bakı. 29 iyun. REPORT.AZ/ Britaniyanın BBC nəşri "Travel" ("Səyahət") bölməsində Bakı və Abşeronun görməli yerləri barədə fotoreportaj dərc edib.

"Report" xəbər verir ki, reportajda palçıq vulkanlarına xüsusi diqqət yetirilib. Dünyada mövcud olan 1000 palçıq vulkanından 400-nün Azərbaycanda yerləşdiyi vurğulanıb.

Bundan əlavə, reportajda Qobustan, İçərişəhər, Atəşgah, Yanardağ kimi tarixi abidələrin tarixindən bəhs edilir.

Müəlliflər, həmçinin Azərbaycanda turistlərin cəlb edilməsi üçün görülmüş tədbirlər barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi