Banqladeşdə “DITF 2017” sərgisi keçiriləcək

Banqladeşdə “DITF 2017” sərgisi keçiriləcək Sərgi gələn il, yanvarın 1-31-i tarixlərində Dəkkə şəhərində baş tutacaq
Turizm
20 Sentyabr , 2016 18:52
Banqladeşdə “DITF 2017” sərgisi keçiriləcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ Banqladeş Xalq Respublikasının Kommersiya Nazirliyi və İxracın Təşviqi Bürosunun birgə təşkilatçılığı ilə bu ölkədə “XXII Beynəlxalq Dəkkə Ticarət Sərgisi 2017” (DITF) keçiriləcək.

Bu barədə "Report"a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib. 

Məlumata görə, sərgi gələn il yanvarın 1-31-i tarixlərində Dəkkə şəhərində baş tutacaq. Tədbirdə geyimlər, dəri və dəri məmulatları, ayaq geyimləri, müxtəlif avadanlıqlar, əczaçılıq məhsulları, xalçalar, kimya, kosmetik, süd, ərzaq məhsulları, elektrik avadanlıqlar, hədiyyələr, əl işləri, məişət avadanlıqları, mebel, idman malları, oyuncaqlar, saatlar, plastik məhsullar, zinət əşyaları və başqaları nümayiş olunacaq.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvət olunurlar. Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi