Yuxarı

"Baku Travel Bazaar Europe" tədbiri keçiriləcək

Turizm tədbiri aprelin 1-də başlanacaq

Bakı. 24 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2015-ci il aprelin 1-də "Baku Travel Bazaar Europe" adlı turizm tədbiri keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Tədbirin məqsədi iştirakçıları potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış etmək və daha sıx əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir.

Tədbirdə təmsil olunanlar Avropanın və digər qitələrin qabaqcıl turizm sənayesinin ən yaxşı mütəxəssisləri, kütləvi informasiya vasitələrinin nümayəndələridir.

Tədbir çərçivəsində görüş və seminarlarla yanaşı, mükafatların təqdim ediləcəyi müsabiqə də keçiriləcək.

Qeyd edək ki, "Baku Travel Bazaar" adlı tədbirin il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulub və "Baku Travel Bazaar Wellness", "Baku Travel Bazaar Exotic", "Baku Travel Bazaar Adventures" kimi adlarda müxtəlif mövzulara həsr olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi