Bakıda turizmlə bağlı biznes forum keçirilib

Bakıda turizmlə bağlı biznes forum keçirilib Tədbirdə turizm sektorunun problemləri müzakirə olunub
Turizm
9 Sentyabr , 2015 17:36
Bakıda turizmlə bağlı biznes forum keçirilib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Xəzər Avropa Klubunun (Caspian European Club) təşkilatçılığı ilə Azərbaycanda turizm sektorunun cari problemləri və inkişaf perspektivlərinə dair biznes forum keçirilib. 

“Report” xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi Anar Quliyev, Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov, AZAL, bir sıra dövlət qurumları və turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl XAK-ın üzv şirkətlərinin nümayəndələri arasında şahmat turnirinin seçmə mərhələsi keçirilib. Yarışların yarımfinal və final mərhələləri gələn ilin mart ayında V Beynəlxalq Xəzər Enerji Forumunun gedişi zamanı Bakıda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi