Yuxarı

​Bakıda Təhsil sərgisi keçiriləcək

Sərgidə 50-yə yaxın nüfuzlu ali məktəb öz təhsil proqramları və imkanlarını təqdim edəcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakıda Avstraliya, Kanada, ABŞ, Böyük Britaniya universitetlərinin Təhsil sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, sərgi sentyabrın 27-dən oktyabrın 9-na kimi IDP təşkilatının dəstəyi ilə baş tutacaq.

Sərgidə təxminən 50-yə yaxın nüfuzlu ali məktəb öz təhsil proqramları və imkanlarını təqdim edəcək.

Bundan əlavə, sərgiyə gələn qonaqlar IELTS proqramı üzrə imtahan verməklə öz ingilis dili biliklərini yoxlaya biləcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi