Bakıda taxılın Rusiyadan Azərbaycan, İran, Gürcüstan və Türkiyəyə daşınması məsələləri müzakirə olunacaq

Bakıda taxılın Rusiyadan Azərbaycan, İran, Gürcüstan və Türkiyəyə daşınması məsələləri müzakirə olunacaq Apreldə Bakıda "TransCaspian/Translogistica 2017" beynəlxalq sərgisi keçiriləcək
Turizm
2 Mart , 2017 16:31
Bakıda taxılın Rusiyadan Azərbaycan, İran, Gürcüstan və Türkiyəyə daşınması məsələləri müzakirə olunacaq

Bakı. 2 mart. REPORT.AZ/ Aprelin 26-28-də "Baku Expo Center"də XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (“TransCaspian/Translogistica 2017”) sərgisi keçiriləcək. Tədbirin əsas təşkilatçısı olan "İteca Caspian" şirkətindən "Report"a verilən məlumata görə, dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-logistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatlarını da bir araya toplayan “TransCaspian/Translogistica 2017” sərgisi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbiridir.

Sərgidə nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidi - dəniz və dəmir yolları vasitəsi ilə yükdaşımalar, lokomotivlər, sərnişin və yük vaqonları, hərəkət heyətinin təmiri, dəmir yolu nəqliyyatı üçün avadanlıq və komponentlər, gəmiqayırma və gəmi təmiri, dəniz limanları və liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün komponentlər və digər istiqamətlər təqdim olunacaq.

Sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, Dövlət Dəniz Administrasiyası və "Ukrayna Dəmir Yolları İdarəsi" kimi dövlət nəqliyyat strukturları iştirak edəcək.

Sərgi proqramı çərçivəsində “AVP Texnologiya” MMC, “RIRTCD” ASC ilə birlikdə “Lokomotiv təsərrüfatı üçün qabaqcıl texnologiyalar” mövzusunda seminar təşkil edəcək. “Rusaqrotrans” ASC şirkəti isə öz stendində taxıl yüklərinin Rusiyadan Azərbaycan, İran, Gürcüstan və Türkiyə istiqamətlərində daşınması üzrə təqdimat keçirəcək.

Qeyd edək ki, “TransCaspian/Translogistica 2017” sərgisi VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (“Road&Traffic”) və IV Xəzər Beynəlxalq Kater və Yaxtalar (“CIBS 2017”) paralel keçiriləcək.

Son xəbərlər

Orphus sistemi