Yuxarı

​Bakıda İranın ixtisaslaşmış biznes sərgisi keçiriləcək

Sərgidə qonşu ölkənin 38 tanınmış şirkəti istehsal və ixracat məhsullarını təqdim edəcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Noyabrın 17-də Bakıda İranın ixtisaslaşmış biznes sərgisi keçiriləcək.

İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, sərginin açılışında İranın ticarət, sənaye və mədənlər nazirinin müavini Cəfər Sərqəni və səfir Möhsün Pakayin çıxış edəcəklər.

"Baku Expo Center"də üç gün ərzində keçiriləcək sərgidə İranın 38 tanınmış şirkəti istehsal və ixracat məhsullarını təqdim edəcək. Habelə sərgi çərçivəsində İran və Azərbaycan iş adamlarının iştirakı ilə iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə dair forumun keçirilməsi də nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi