Bakıda "Hello Portugal - Portuqaliya azərbaycanlı səyyahın gözü ilə" fotosərgisi açılıb

Bakıda "Hello Portugal - Portuqaliya azərbaycanlı səyyahın gözü ilə" fotosərgisi açılıb Sərgi "Nur Art" sərgi zalında martın 12-dək davam edəcək
Turizm
10 Mart , 2017 22:13
Bakıda Hello Portugal - Portuqaliya azərbaycanlı səyyahın gözü ilə fotosərgisi açılıb

Bakı. 10 mart. REPORT.AZ/ Bakıda "Hello Portugal – Portuqaliya azərbaycanlı səyyahın gözü ilə" fotosərgisinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, sərgidə Portuqaliyanın bir çox şəhərlərində olan və tarixi və müasir görməli yerlərini aparatın yaddaşına köçürən fotoqraf Aydın Sadıqovun işləri təqdim olunub.

Tədbirdə çıxış edən Portuqaliyanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariya Joao Lopeş Kardozo bildirib ki, layihənin məqsədi Portuqaliyanı azərbaycanlı fotoqrafın gözü ilə nümayiş etdirməkdir.

"Mən Portuqaliyanın demək olar ki, hər yerində olmuşam. Lakin burada elə yerlərin şəkilləri var ki, mən orada olmamışam", - deyə o bildirib.

Nümayəndəlik rəhbəri əlavə edib ki, ilbəil Portuqaliyaya gedən azərbaycanlıların sayı artır:

"2015-ci ildə Portuqaliyanı 1200 nəfərədək Azərbaycan vətəndaşı ziyarət edib və bu rəqəm ilbəil artır".

Sərgidə çıxış edən müəllif Aydın Sadıqov Portuqaliyaya səfərin onda yaratdığı təəssürat və öz işləri barədə danışıb.

Sərgi "Nur Art" sərgi zalında martın 12-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi