Yuxarı

Bakıda Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçiriləcək

Forumun işi “Araşdır”, “Qoru” və “Təbliğ et” bölmələrində aparılacaq

Bakı. 29 yanvar. REPORT.AZ/ Fevralın 1-2-də Bakıda “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və YOCOCU Mədəni İrsin Konsevasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçiriləcək.

Forumun təşkilinin məqsədi gəncləri bir araya gətirməklə müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.

Bu il tədbirdə Azərbaycanın gənc tədqiqatçıları ilə yanaşı, Türkiyə, Rusiya, Fransa, Hollandiya, Latviya, Macarıstan, Misir və Yəməndən mütəxəssislər iştirak edəcəklər.

Forumun işi “Araşdır”, “Qoru” və “Təbliğ et” bölmələrində aparılacaq.

Tədbir çərçivəsində sərgi-yarmarka təşkil olunacaq, “MİRAS” İctimai Birliyinin mükafatları təqdim ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi