​Bakıda "DecorExpo" beynəlxalq sərgisi keçirilir

​Bakıda "DecorExpo" beynəlxalq sərgisi keçirilir Sərgi aprelin 30-dək davam edəcək
Turizm
28 Aprel , 2016 11:05
​Bakıda DecorExpo beynəlxalq sərgisi keçirilir

Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün "Baku Expo Center"də "DecorExpo" II Beynəlxalq mebel, ev tekstili və ev avadanlıqları sərgisi işə başlayıb. “Report” xəbər verir ki, sərgi aprelin 30-dək davam edəcək.

Sərgidə "Elan Expo" şirkətinin Azərbaycan üzrə rəhbəri İlkin Abdiyev, Memarlar İttifaqının məsul katibi Elçin Əliyev, sərginin rəhbəri Doğan Şahin çıxış ediblər.

"DecorExpo 2016" sərgisinə müxtəlif ölkələrdən 50-dən artıq beynəlxalq brendi təmsil edən Azərbaycan, Türkiyə, Polşa, Belçika, Fransa, İspaniya, Rusiya, İsveçrə, Böyük Britaniya və Hindistandan şirkətləri qatılıb. 

Sərgidə mebel, ev tekstili və ev avadanlıqları istehsalçıları və alıcıları görüşərək işgüzar əlaqələr yaratmaq imkanlarını müzakirə edəcəklər.

Sərginin təşkilatçıları Türkiyənin “Atılım Fuarcılık Ticaret Ltd.” və “Elan Expo” şirkətləridir.

Son xəbərlər

Orphus sistemi