Bakıda Britaniyanın beşinci təhsil sərgisi keçirilir

Bakıda Britaniyanın beşinci təhsil sərgisi keçirilir Sərgidə Böyük Britaniyanın 22 universiteti, həmçinin 10-a yaxın kollec, məktəb və ingilis dili kursları iştirak edəcək
Turizm
7 Noyabr , 2015 14:13
Bakıda Britaniyanın beşinci təhsil sərgisi keçirilir

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda Böyük Britaniyanın beşinci təhsil sərgisi keçirilir. "Report" xəbər verir ki, sərginin məqsədi Britaniyanın kollec və ali məktəblərində təhsil almaq imkanları barədə məlumat verməkdir.

Sərgidə Böyük Britaniyanın 22 universiteti, həmçinin 10-a yaxın kollec, məktəb və ingilis dili kursları iştirak edir.

Sərgi çərçivəsində tələbələr, şagirdlər və onların valideynləri noyabrın 7-8-də universitet nümayəndələri ilə görüşmək, Böyük Britaniyada təhsil imkanları haqqında onları maraqlandıran sualları vermək imkanına malik olacaq.

Son xəbərlər

Orphus sistemi