​Bakıda beynəlxaq daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək

​Bakıda beynəlxaq daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək Sərgi bu il dekabrın 15-17-də baş tutacaq
Turizm
4 İyul , 2016 14:32
​Bakıda beynəlxaq daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək

Bakı. 4 iyul. REPORT.AZ/ Bakıda “Baku Expo Centre”də beynəlxaq “Daşınmaz Əmlak və İnvestisiya” sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) “Report”a verilən məlumata görə, sərgi bu ilin dekabrın 15-17-də baş tutacaq. 

Sözügedən sərgidə logistika, infrastruktur, sığorta, arxitektura, daşınmaz əmlakın idarə olunması sahəsində fəaliyyət göstərən şirkətlər, banklar, daşınmaz əmlakların internet təchizatı, insan resursları, marketinq, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşan qurumlar və digər sahələri təmsil edən iş adamlarının iştirakı gözlənilir.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər. Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “AZPROMO”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi