Yuxarı

Bakıda beynəlxalq sərgi və biznes forum keçiriləcək

Sərgi dekabrın 2-4-ü tarixlərində baş tutacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakıda “B2B International” beynəlxalq işgüzar əməkdaşlıq sərgisi keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Təşkil olunacaq sərgi dekabrın 2-4-ü tarixlərində baş tutacaq. Sərgidə bütün sahələrdən şirkətlərin ekspozisiyaları nümayiş etdiriləcək. 

Eyni zamanda biznes forum və ikitərəfli görüşlər keçiriləcək.

“B2B International”da iştirak etmək və tədbir haqqında ətraflı məlumat əldə etmək istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi