Bakıda Azərbaycan-Avstriya Turizm Proqramının 10 illiyi münasibətilə konfrans keçirilib

Bakıda Azərbaycan-Avstriya Turizm Proqramının 10 illiyi münasibətilə konfrans keçirilib Bu proqram üzrə indiyədək 143 bakalavr və 13 magistr olmaqla 156 azərbaycanlı gənc 2 li diplom əldə edib
Turizm
7 Aprel , 2017 16:12
Bakıda Azərbaycan-Avstriya Turizm Proqramının 10 illiyi münasibətilə konfrans keçirilib
Report.az

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan-Avstriya Turizm Proqramının 10 illiyi münasibəti ilə “Azərbaycan-Avstriya Turizm Proqramı Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perpektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru vəzifəsini icra edən Eldar Aslanov bildirib ki, Azərbaycan tarixində ilk dəfə ATMU ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında 2007-ci ildən qurulan bu əməkdaşlıq uğurla davam edir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Azərbaycan turizm sektorunda keyfiyyətin kadr təminatı“ mövzusunda çıxış edərək deyib ki, Azərbaycanda hansı universitetlərdə turizm proqramı ilə bağlı dərslər keçirilirsə, bu proqram orada tətbiq olunacaq.

Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan ali təhsildə beynəlxalq proqramların tətbiqi: nəticələr və perspektivlər” məruzəsi ilə çıxış edib. O vurğulayıb ki, nazirlik hər zaman proqrama dəstək olub və bundan sonra da dəstəyini əsirgəməyəcək.

Qeyd edək ki, bu proqram üzrə indiyədək 143 bakalavr və 13 magistr olmaqla 156 azərbaycanlı gənc 2 li diplom əldə edib. 

Son xəbərlər

Orphus sistemi