​Bakıda AİTF 2015 və HOREX Caucasus 2015 beynəlxalq sərgiləri keçiriləcək

​Bakıda AİTF 2015 və HOREX Caucasus 2015 beynəlxalq sərgiləri keçiriləcək ATİF 2015 beynəlxalq turizm sərgisində ilk dəfə olaraq 400-ə yaxın şirkətin iştirakı planlaşdırılır
Turizm
21 Yanvar , 2015 19:38
​Bakıda AİTF 2015 və HOREX Caucasus 2015 beynəlxalq sərgiləri keçiriləcək

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu il aprelin 2-4-də Bakı Ekspo Mərkəzində XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF 2015) keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, builki sərgidə hava yolları, aviadaşıyıcılar və aviaagentlər, turoperatorlar və turagentlər, iştirakçı ölkələrin milli turizm təşkilatları, mehmanxana və hotel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və SPA məkanları öz xidmətlərini təklif edəcəklər.

Eyni günlərdə IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi (HOREX Caucasus 2015) də işə başlayacaq. HOREX Caucasus 2015 sərgisində mehmanxana və restoran biznesinin aparıcı nümayəndələri dünya hotel şəbəkələri, kiçik mehmanxana, sanatoriya və pansionatlar, habelə supermarketlər, biznes mərkəzləri, restoran və kafelər üçün lazımi avadanlıqlar nümayiş etdirəcəklər.

Artıq sərgidə iştirak etmək üçün 35 ölkə və 400-ə yaxın şirkət qeydiyyatdan keçib. Sərgi gününədək bu say daha da çoxala bilər.

Qeyd edək ki, hər il keçirilən AİTF sərgisində səyahətlər, işgüzar turizm, müalicəvi və istirahət sahələrində ən son yeniliklər nümayiş etdirilir. Sərgi hər il dünyanın müxtəlif ölkələrindən bu sahənin peşəkarlarını və qonaqları Azərbaycana toplayır.

Son xəbərlər

Orphus sistemi