Yuxarı

​Bakı-Vyana aviareysi ləğv edilir

Bakıdan Vyanaya son uçuş dekabrın 11-də hayata keçiriləcək

Bakı. 5 dekabr. REPORT.AZ/ "Austrian Airlines" şirkəti dekabr ayından Vyana-Bakı-Vyana marşrutu ilə yerinə yetirdiyi aviareysləri dayandırır.

"Austrian Airlines" şirkətinin Bakı ofisindən "Report"a bildirilib ki, reyslərinin ləğv edilməsinə səbəb bu istiqamətdə uçuşlara tələbatın az olması ilə bağlıdır: "Həftədə üç dəfə - I, IV və V günlər yerinə yetirilən reyslərə tələbat aşağıdır. Bu səbəbdən dekabrın 3-də Bakı-Vyana reysi təxirə salınıb. Bakıdan Avstriya paytaxtına son uçuş isə dekabrın 11-də yerinə yetiriləcək və bununla da reys tamamilə ləğv olunacaq. Şirkətin Bakı ofisinin sonrakı taleyi isə hələ dəqiq məlum deyil".

Qeyd edək ki, aviaşirkət bu reysləri "Airbus A319" tipli təyyarə ilə həyata keçirir. Vyanadan Bakıya yerli vaxtla saat 09:55-də yola çıxan təyyarə 16:55-də Bakıya çatır, əks istiqamətdə isə 17:55-də havaya qalxan təyyarə 19:20-də Avstriya paytaxtına çatır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi