Yuxarı

Bakı-Urumçi aviareysi bərpa olunur

Çinin Quançjou şəhərinə də aviareyslər açılır

Bakı. 10 iyun. REPORT.AZ/ Yaxın vaxtlarda Bakı-Urumçi (Çin) istiqamətində həyata keçirilən aviareyslər bərpa olunacaq. Eyni zamanda,  Çinin Quançjou şəhərinə aviareysin yerinə yetirilməsinə başlanılacaq. 

"Report" xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında uçuşları həyata keçirəcək “China Southern Airlines” (Cənubi Çin Hava Yolları) aviaşirkətinin Urumçi bölməsinin rəis müavini Çın Li Xhon bildirib. 

"İyulun 3-dən etibarən müntəzəm Bakı-Urumçi-Quançjou marşrutu üzrə uçuşlar yerinə yetirəcəyik. Reyslır həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək. Təyyarənin Bakıdan uçuş vaxtı 23:05-də olacaq, 07:00-da təyyarə Urumçiyə enəcək. Eyni təyyarə Urumçidə 2,5 saat gözlədikdən sonra 09:40-da Quançjou şəhərinə uçacaq və 14:35-də hava limanına enəcək. Quançjoudan Bakıya uçuş isə saat 12:50-də yerinə yetiriləcək. Təyyarə Bakıya 21:05-də çatacaq", - deyə rəis müavini bildirib. 

Ç.L.Xhon əlavə edib ki, şirkət 10 ildir Azərbaycanda fəaliyyət göstərir və Urumçi istiqamətində uçuşlar həyata keçirirdi, lakin bir il əvvəl Azərbaycanda milli valyutanın devalvasiyası nəticəsində uçuşlar qeyri-müəyyən vaxta kimi dayandırılmışdır. "Lakin gələn aydan Urumçiyə aviareyslər bərpa edilir. Bakı-Quançjou reysinə biletin qiyməti 280 avro (gediş-dönüş), Bakı-Urumçi istiqamətində isə 260 avro (gediş-dönüş) təşkil edəcək", - deyə şirkət rəsmisi əlavə edib. 

Qeyd edək ki, uçuşlar "Boeing-737" təyyarələri ilə yerinə yetiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi