​Bakı-Şarm əl-Şeyx aviareysləri dayandırılıb

​Bakı-Şarm əl-Şeyx aviareysləri dayandırılıb Avqustda bərpa olunacaq reyslərin dayandırılmasına sərnişin qıtlığı səbəb olub
Turizm
4 İyul , 2016 11:20
​Bakı-Şarm əl-Şeyx aviareysləri dayandırılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Bakı - Şarm əl-Şeyx - Bakı aviareyslərinin icrası müvəqqəti olaraq dayandırılıb. “Report” xəbər verir ki, bu istiqamət üzrə uçuşlar bu gündən etibarən iyulun 31-dək sərnişin azlığı səbəbi ilə dayandırılıb.

Bu marşrut üzrə reyslər avqust ayından etibarən yenidən bərpa olunacaq.

Qeyd edək ki, bu il Bakıdan Şarm əl-Şeyxə ilk uçuş iyunun 3-də “Silk Way Travel” şirkəti tərəfindən təşkil edilib. “Airbus A320” təyyarəsi ilə həftədə bir dəfə olmaqla uçuşları “Air Cairo” aviaşirkəti (Misir) həyata keçirib. Bu istiqamət üzrə 09:30-da Bakıdan havaya qalxan təyyarə, yerli vaxtla 11:00-da Şarm əl-Şeyxə, əks istiqamətdə isə 03:00-da havaya qalxan təyyarə 08:30-da Bakıya enirdi. Bu istiqamət üzrə ikitərəfli biletin qiyməti 300 ABŞ dolları təşkil edir.

Son xəbərlər

Orphus sistemi