Yuxarı
    Bağlamaq

    ​Bakı rus turistlərin yaxın xaricdə səfər etdiyi ən bahalı şəhərdir

    Paytaxtda bir gecə qalmaq orta hesabla 92 dollara başa gəlir

    Bakı. 18 Avqust. REPORT.AZ/ Bakı rusların avqust ayında istirahət etmək üçün üz tutduqları yaxın xaricin ən populyar şəhərləri onluğuna daxil olub.

    "Report" xəbər verir ki, bu barədə Rusiyanın "Oktogo.ru" onlayn otel sifarişi xidmətinin məlumatında bildirilir.

    Daxili və xarici yerləşdirmə xidməti göstərən (Rusiya üzrə 6 min, dünya üzrə 350 mindən çox) "Oktogo.ru"nun statistikasına görə, şəhərlərin reytinqi müstəqil turistlərin 1-31 avqust 2015-ci il tarixlərində otel sifarişi məlumatlarına əsaslanır.

    Siyahıda Tbilisi, Almatı, Kiyev, İrəvan, Astana, Bişkek, Kişinyov və Daşkəndin də adı var.

    Məlumata görə, səyahət üçün ən büdcəli şəhər Bişkek (Sutkalıq oteldə qalma qiyməti 19 ABŞ dolları, ən bahalı şəhər isə Bakıdır (92 dollar) . Turistlər Minskdə oteldə bir gecə qalmağa görə orta hesabla 46 dollar, Tbilisidə 49 dollar, Almatı da isə 77 dollar sərf edirlər.

    Ruslar yaxın xaric ölkələrində orta hesabla 4 gün istirahət edirlər. Avqust ayında ən qənaətli istiqamət Gürcüstan (38 dollar), ən bahalı istiqamət isə Qazaxıstan (77 dollar) və Azərbaycandır (92 dollar).

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi