Bakı-Lvov aviareyslərinin sayı artırılır

Bakı-Lvov aviareyslərinin sayı artırılır Uçuşlar iyulun 21-dən artıq həftədə iki dəfə təşkil olunacaq
Turizm
30 İyun , 2016 14:38
Bakı-Lvov aviareyslərinin sayı artırılır

Bakı. 30 iyun. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC iyulun 21-dən etibarən Bakıdan Ukraynanın Lvov şəhərinə həyata keçirilən birbaşa uçuşların sayını artırır.

“Report” xəbər verir ki, sözügedən istiqamətə uçuşlar artıq həftədə iki dəfə olmaqla, əvvəllər olduğu kimi bazar günü və cümə axşamı günləri həyata keçiriləcək.

AZAL-dan “Report”a bildirilib ki, “A319” və "A320" təyyarələri ilə həyata keçirilən reyslərə bir istiqamət üzrə biletin qiyməti "AZALJET" qaydaları ilə 49 avrodan, hər iki istiqamət üzrə isə 98 avrodan başlayır.

Son xəbərlər

Orphus sistemi