Yuxarı
    Bağlamaq

    Bakı-Berlin aviareysi üzrə yeni aksiya keçirilir

    Aksiya sentyabrın 6-dan oktyabrın 29-dək reallaşan uçuşlara aiddir

    Bakı. 1 avqust. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakıdan Berlinə və əks istiqamətdəki aviareyslərdə yeni aksiyaya start verib.

    "Report" AZAL-a istinadən bildirir ki, sözügedən marşrut üzrə uçuşlara sentyabrın 6-dan oktyabrın 29-dək aviabilet alan "‎AZAL‬ Miles" proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

    Qeyd edək ki, Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetirilir. Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə saat 07:00-da, Tegel Beynəlxalq Hava limanına enmə yerli vaxtla saat 09:55-də həyata keçiriləcək. Berlindən uçuş isə yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə Bakı vaxtı ilə saat 17:25-də yerinə yetiriləcək. Eyni zamanda, oktyabrın 30-dan etibarən (qış mövsümü üzrə uçuş cədvəlinin qüvvəyə minməsi ilə) bu marşrut üzrə uçuşlar davam etdiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi