Yuxarı

Azərbaycanlılar Gürcüstanda turistlərin sayına görə ikinci yeri tutur

Gürcüstana ən çox turist Türkiyədən gəlib, ikinci yerdə Azərbaycan, üçüncü yerdə isə Ermənistan gəlir

Bakı. 31 dekabr. REPORT.AZ/ İlin əvvəlindən Gürcüstana təxminən 1,567 min turist gəlib, bu da bir il əvvəlki göstəricidən 12% çoxdur. Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir. 

Belə ki, 2014-cü il yanvar-avqust göstəricilərinə görə, Gürcüstanın dövlət sərhədini 3,686 mln.nəfər keçib. Bu ötən ilin eyni göstəricisi ilə müqayisədə 3% çoxdur. 

Onlardan 698,3 min şəxs Gürcüstanda tranzit yolu ilə olub. Gürcüstana ən çox turist Türkiyədən gəlib, ikinci yerdə Azərbaycan, üçüncü yerdə isə Ermənistan gəlir. Daha sonra Rusiya, Avropa İttifaqı və s. vətəndaşları gəlir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi