​Ötən il azərbaycanlı xəstələr Türkiyə iqtisadiyyatına 160 mln. dollar xeyir verib

​Ötən il azərbaycanlı xəstələr Türkiyə iqtisadiyyatına 160 mln. dollar xeyir verib Müalicə üçün bu ölkəyə gedənlərin sayə 21% artıb
Turizm
3 Aprel , 2015 19:14
​Ötən il azərbaycanlı xəstələr Türkiyə iqtisadiyyatına 160 mln. dollar xeyir verib

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycandan 2014-cü ildə Türkiyəyə müalicə almaq üçün gələnlərin sayı 16 min 700 nəfər təşkil edib. Bu, 2013-cü illə müqayisədə 21% yüksək göstəricidir. Bu barədə "Report"a Türkiyə Sağlamlıq Turizmini İnkişaf Şurasının rəhbəri Emin Çakmak məlumat verib.

Onun sözlərinə görə, insanlar ən çox onkoloji və ürək-damar xəstəlikləri ilə əlaqədar Türkiyəyə müalicəyə gəlirlər. E.Çakmak bildirib ki, Azərbaycandan müalicə üçün gətirilən uşaqların isə daha çox sümük iliyi ilə əlaqədar müraciət etdikləri qeydə alınıb.

Türkiyə Sağlamlıq Turizmini İnkişaf Şurasının rəhbəri qadınların daha çox onkoloji xəstəliklərdən, kişilərin isə ürək xəstəliklərindən əziyyət çəkdiklərini vurğulayıb.

"Ümumilikdə müalicə üçün Türkiyəyə 2014-cü ildə 44 ölkədən 750 min xəstə gəlib. Bu isə ölkə iqtisadiyyatına 5,2 mlrd. dollar gəlir gətirib. Bunun 160 mln. dolları Azərbaycandan gələn xəstələrin payına düşür", - E.Çakmak qeyd edib.  

Son xəbərlər

Orphus sistemi