Yuxarı
    Bağlamaq

    Azərbaycanlı sahibkarlar Rusiyada keçiriləcək sərgiyə dəvət olunub

    Yekaterinburqda ixtisaslaşmış halal məhsul və xidmətlər sərgisi keçiriləcək

    Bakı. 22 dekabr. REPORT.AZ/ Rusiyanın Yekaterinburq şəhərində II “Yekaterinburq Halal Ekspo” ixtisaslaşmış halal məhsul və xidmətlər sərgisi keçiriləcək.

    Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

    Gələn il baş tutacaq sərgi aprelin 20-dən 23-dək davam edəcək. 

    Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunublar. Tədbir haqqında məlumat almaq və iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi