Azərbaycanın BƏƏ-dəki səfirliyi xeyriyyə bazarında iştirak edib

Azərbaycanın BƏƏ-dəki səfirliyi xeyriyyə bazarında iştirak edib Azərbaycan səfirliyi Azərbaycanın mədəni və turizm imicinin nümayiş olunduğu pavilyon təşkil edib
Turizm
26 Aprel , 2016 10:19
Azərbaycanın BƏƏ-dəki səfirliyi xeyriyyə bazarında iştirak edib

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan səfirliyi BƏƏ-də qeydiyyatdan keçmiş səfirlərin xanımlarının Beynəlxalq Qrupu tərəfindən təşkil edilən illik xeyriyyə bazarında iştirak edib.

"Report" "UAE News" agentliyinə istinadən xəbər verir ki, tədbir aprelin 21-23-də Qadınlar Həmkarlar İttifaqının sədri, Şeyx ailəsinin İnkişaf Fondunun ali sədri Fatimə bint Mübarəkin rəhbərliyi altında yəmənli uşaqlara dəstək məqsədilə keçirilib.

Azərbaycan səfirliyi Azərbaycanın mədəni və turizm imicinin nümayiş olunduğu pavilyon təşkil edib. Qadınlar Həmkarlar İttifaqının nümayəndə heyəti Azərbaycanın stendində olub və ölkəmizin BƏƏ-dəki səfirinin xanımı Daşqın Şikarova onlara stendin məzmunu barədə məlumat verib. 

Son xəbərlər

Orphus sistemi