Yuxarı
    Bağlamaq

    Azərbaycandan xaricə turlar bahalaşıb

    Ölkə daxilində turların qiymətləri isə dəyişməyib

    Bakı. 28 iyun. REPORT.AZ/ Cari ilin may ayında ölkədən kənara istirahət turları 4,5% bahalaşıb, daxili turların qiymətləri isə sabit qalıb.

    "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Xaricə turların qiymətlərində yanvarda 0,1% artım, fevralda 2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb. Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.

    Rəsmi statistikaya əsasən, cari ilin may ayında xaricə istirahət turlarının orta aylıq qiyməti 470,89 manat, ölkədaxili turların qiymətləri 296,71 manat təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi