​Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı azalıb

​Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı azalıb Türkiyəyə ilk yarımillikdə 55 mindən çox azərbaycanlı turist gedib
Turizm
1 Avqust , 2015 17:06
​Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı azalıb

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı azalıb. Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycandan bu ölkəyə 55 048 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% azdır.

"Report"un Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, 2014-cü ilin müvafiq dövründə azərbaycanlı turistlərin sayı illik müqayisədə 3,5% artaraq 58 620 nəfərə çatıb.

Nazirliyin açıqladığı statistik rəqəmlərə əsasən, cari ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə Ermənistandan Türkiyəyə gələn turistlərin sayı 33,8% azalaraq 4 254 nəfər, Gürcüstandan isə 2,0% azalaraq 159 957 nəfər olub.

Qeyd edək ki, yanvar-iyun aylarında Türkiyəyə səfər edən turistlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% azalaraq 14,9 mln. nəfərə düşüb. 

Son xəbərlər

Orphus sistemi