Yuxarı

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı 4% artıb

2014-cü ildə 657 min nəfəri azərbaycanlı olmaqla, Türkiyəyə 36,8 mln. turist səyahət edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Ötən il Türkiyəyə səyahət edən turistlərin sayı 36,8 mln. nəfər təşkil edib. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu, 2013-cü illə müqayisədə 1,8 mln. nəfər və ya 5,5% çoxdur.

Türkiyəyə ən çox almanlar səyahət edib - 5,250 mln. nəfər. İkinci yerdə Rusiya vətəndaşları (4,479 mln. nəfər), üçüncü yerdə isə Böyük Britaniya vətəndaşları gəlir (2,6 mln. nəfər). İlk onluğa Gürcüstan, Bolqarıstan, İran, Niderland, Fransa, İraq və Yunanıstan daxil olub. 

2014-cü ildə Türkiyəyə 657 min Azərbaycan vətəndaşı səyahət edib, bu da 2013-cü ildəkindən 27 min nəfər və ya 4,3% çoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi