Azərbaycandakı səfirlik və konsulluqlarla güzəştli şərtlərlə viza qeydiyyatına dair danışıqlar aparılır

Azərbaycandakı səfirlik və konsulluqlarla güzəştli şərtlərlə viza qeydiyyatına dair danışıqlar aparılır Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AzTA) ölkədəki səfirlik və konsulluqlarla güzəştli şərtlərlə viza qeydiyyatına dair danışıqlar aparır.
Turizm
9 Fevral , 2018 12:00
Azərbaycandakı səfirlik və konsulluqlarla güzəştli şərtlərlə viza qeydiyyatına dair danışıqlar aparılır

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AzTA) ölkədəki səfirlik və konsulluqlarla güzəştli şərtlərlə viza qeydiyyatına dair danışıqlar aparır.

"Report"un verdiyi xəbərə görə, bu barədə AzTA-nın İdarə Heyətinin üzvü Göydəniz Qəhrəmanov məlumat verib.

"Assosiasiyaya üzv olan turizm şirkətlərinin fəaliyyətinə dəstək məqsədi ilə artıq belə danışıqlar Bolqarıstan və Macarıstan səfirlikləri ilə aparılıb və iıkin razılıq əldə olunub", - o deyib.

Bundan başqa, assosiasiya rəsmisinin sözlərinə görə, 2017-ci ildən yerli turizm şirkətlərinin beynəlxalq sərgilərdə iştirakı təşkil edir: "Keçən il şirkətlər AZTA-nın xətti ilə Polşa və Hindistandakı sərgilərdə uğurla iştirak ediblər, 2018-ci ilin I yarısında isə Qazaxıstan, Çin və Özbəkistanda keçiiriləcək sərgilərdə üzv olan şirkətlərin iştirakı təşkil olunacaq". 

O, həmçinin qeyd edib ki, AzTA hazırda marketinq kurslarının təşkili üçün hazırlıq işləri aparır: "Assosiasiya bazar iştirakçılarının peşəkarlıq səviyyəsinin artırılmasındada aktiv rol oynayır və ildə 2 dəfədən az olmayaraq bələdçi kursları təşkil edir. Bu sahədə yeni və növbəti addım kimi marketinq kurslarının təşkilidir". 

Son xəbərlər

Orphus sistemi