Azərbaycanda daha 4 mehmanxana tipli obyektə lisenziya verilib
Azərbaycanda daha 4 mehmanxana tipli obyektə lisenziya verilibÖlkə ərazisində lisenziya əsasında fəaliyyət göstərən mehmanxanaların ümumi sayı 338-ə çatıb
Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycanda daha bir sıra yeni mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib.
“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, bu, "May Vey Travel" MMC (Gəncə şəhəri, "My Way" mehmanxanası), Mustafa Mahmud oğlu Mustafayeva məxsus "Dostluq" istirahət mərkəzi (Masallı rayonu, Qəriblər kəndi), "Azpetrol Ltd." MMC-nin "Motel"i (Qusar rayonu, Samur qəsəbəsi), Əhmədiyə Yusif oğlu Şahverdiyeva məxsus "Business Palace" mehmanxanasıdır (Bakı şəhəri, Ziya Bünyadov pr-ti).
Məlumatda qeyd olunub ki, ölkə ərazisində lisenziya əsasında fəaliyyət göstərən mehmanxanaların ümumi sayı 338-ə çatıb.