Azərbaycanda xarici turlar 6% bahalaşıb

Azərbaycanda xarici turlar 6% bahalaşıb Ölkədaxili turların qiymətləri isə dəyişməyib
Turizm
20 Aprel , 2017 14:26
Azərbaycanda xarici turlar 6% bahalaşıb

Bakı. 20 aprel . REPORT.AZ/ Mart ayında Azərbaycandan kənara istirahət turları 5,9% bahalaşıb, ölkədaxili turların qiymətləri isə sabit qalıb.

"Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, martda orta aylıq qiymət 512,16 manata yüksəlib. Bu göstərici yanvarda 500,01 manat, fevralda isə 490,49 manat səviyyəsində olub. Belə ki, ölkədən kənara istirahət turları yanvarda 0,1% bahalaşsa da, fevralda qiymətlərdə 2,5% azalma qeydə alınıb. Ölkədaxili istirahət turlarının orta aylıq qiyməti isə ilin əvvəlindən dəyişməz qalaraq 296,71 manat təşkil edib. 

Bildirək ki, bu xidmətlər istehlak səbətinə daxil edilən 100 xidmət siyahısındadır.

Son xəbərlər

Orphus sistemi