​Azərbaycanda Taylandın ilk "halal" hotelinin təqdimatı olacaq

​Azərbaycanda Taylandın ilk "halal" hotelinin təqdimatı olacaq Təqdimatın tez bir zamanda keçirilməsi planlaşdırılır
Turizm
11 Mart , 2016 07:44
​Azərbaycanda Taylandın ilk halal hotelinin təqdimatı olacaq

Bakı. 11 mart. REPORT.AZ/ Taylandda ölkənin, əsasən müsəlman turistlər üçün nəzərdə tutulmuş ilk "halal" hoteli istifadəyə verilib.

"Report" xəbər verir ki, "Al-Meroz" mehmanxanası Banqkokun müsəlmanların çoxluq təşkil etdiyi Ramxamxaenqe rayonu ərazisində yerləşir.

Yeni hoteldə 242 nömrə var və hələ ki, hotelin müsəlman müştəriləri ümumi ziyarətçilərin təqribən 50%-ni təşkil edir.

Hotel menecmenti tez bir zamanda Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə səfər təqdimatları keçirməyi planlaşdırır.

Mehmanxanaya "halal" sertifikatı BƏƏ-nin "Gulf Halal Center" təşkilatı tərəfindən verilib.

Son xəbərlər

Orphus sistemi