Yuxarı
    Bağlamaq

    Azərbaycanda standartlara cavab verməyən hotellərə sanksiya tətbiq edilə bilər

    Nazir müavini Dövlət Turizm Reyestrinin yaradılmasını vacib sayır

    Bakı. 4 aprel. REPORT.AZ/ “Keçən ildən etibarən turistlər intensiv şəkildə Azərbaycana gəlməyə başlayıb. Bu da müəyyən maneələrin aradan qaldırılması nəticəsində olub”.

    “Report” xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

    Onun sözlərinə görə, bu mərhələdə əsas vəzifə keyfiyyətli və yüksək təhlükəsizlik xidmətini artırmaq, yeni məhsulu ortaya çıxartmaqdır: “Hazırda 554 hotel qeydiyyata alınıb, onlardan 130-u ulduz sertifikatı alıb. Qanun layihəsi sanksiyalar tətbiq edilməsinə imkan verir. Əgər hansısa hotel standartlara cavab vermirsə, niyə ulduzların sayına təsir göstərirsən. Ona görə də cərimə tətbiq olunmalıdır”.

    N.Səmədov deyib ki, Dövlət Turizm Reyestrinin yaradılması çox vacibdir: "Çünki turizm sahəsində keyfiyyət və təhlükəsizlik reyestrlə bağlı olan məsələdir. Reyestr olan zaman Mədəniyyət və Turizm Nazirliyi müəyyən şərtlər qoya bilər. Məsələn, hotellər üçün bu reyestrdə üzvlük hansısa bir standarta uyğunluğun nəticəsi kimi ola bilər. Bizim ulduzlarla bağlı standartlarımız var və 1, 2, 3, 4, 5 ulduzlu hotellər var. Amma bu standartların olması məcburi şərt deyil”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi