Yuxarı
    Bağlamaq

    Azərbaycanda Novruz bayramı üçün xaricə səyahət paketlərinin hamısı satılıb

    Əvvəldən yarı qiyməti ödənilən paketlər üçün fərqli qiymət ödənilməsi tələb olunub

    Bakı. 20 mart. REPORT.AZ/ Azərbaycanda milli valyutanın fevraldakı devalvasiyası Bakıdan xaricə yerinə yetirilən aviareyslərin biletləri ilə yanaşı Novruz bayramı günlərinə nəzərdə tutulan xarici turizm turlarının qiymətlərinə də təsir edib.

    “Report”un ölkənin aparıcı turagentlikləri üzrə apardığı sorğunun nəticələrinə əsasən, fevralın 21-dən sonra təklif olunan turpaketlərin qiymətlərində təxminə 30% bahalaşma olub. Turagentlik nümayəndələri bildiriblər ki, əsas artım təyyarə biletləri ilə bağlı olub. Bununla yanaşı, turizm şirkətləri bəzi ölkələr üçün təklifləri əsasən eyni vasitəçi şirkətdən götürdüyünə görə, bununla bağlı artım hamısında eyni dərəcədə müşahidə olunub.

    Əsas problem isə əvvəldən bronlaşdırılan və ya dəyərinin yarısı ödənilən turpaketlərlə bağlı yaşanıb. Belə ki, devalvasiyadan əvvəl bayram tətili üçün alınan turpaketlərin yarı qiymətini ödəyənlər və ya heç ödəməyib sadəcə bron edənlərdən devalvasiyadan sonra ödəniş yeni tariflə (30% artımla) tələb olunub. Səbəb isə bütün satışın dollar və ya avroda aparılması ilə bağlıdır. Turoperatorlar qeyd ediblər ki, yeni şərti qəbul edən alıcılar pulun qalan hissəsini artımla ödəyərək paketlərini alıblar, qəbul etməyənlərin isə əvvəldən ödədikləri məbləğ qaytarılıb.

    Sözügedən dəyişiklik əsasən daha çox tələbatı olan Türkiyəyə səyahətlərlə bağlı olub, yerli turizm agentliklərinə təklif verən xarici turizm şirkəti isə "Summer Tour" (Türkiyə) və onun yerli təmsilçiləri "Era Style" turizm agentliyidir.

    Qaytarılan və satılmayan turlar haqqında danışan agentliklər bahalaşmanın müəyyən mənfi təsirini görsələr də, qiymət artımına rəğmən bayram üçün təklif olunan səyahət paketlərinin demək olar ki, hamısının satıldığını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi