Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri açıqlanıb

Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri açıqlanıb Altı ayda yaranan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 37,8% çoxdur
Turizm
12 Sentyabr , 2017 18:57
Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri açıqlanıb
Report

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 602,0 min nəfər, gecələmələrin sayı 1081,0 min adam-gecə olub. 

Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yerləşdirilmiş şəxslərin sayında 42,9%, gecələmələrin sayında isə 52,0% artım müşahidə edilib. Yerləşdirilmiş şəxslərin 68,4%-i xarici ölkə vətəndaşları olub, onlar tərəfindən keçirilmiş gecələmələrin sayı ümumi gecələmələrin 65,9%-ni təşkil edib.

Gecələmələrin 58,2%-i Bakıda, 9,3%-i Qəbələdə, 5,8%-i Qusarda, 4,1%-i Naxçıvan Muxtar Respublikasında, 2,1%-i Qubada, 1,5%-i Şamaxıda, 1,4%-i Xaçmazda, 17,6%-i isə digər şəhər və rayonlarda yerləşən mehmanxanalarda qeydə alınıb.

Bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 136,6 mln. manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,8% çoxdur. Gəlirlərin 68,8%-i nömrələrin satışı üzrə xidmətlərdən, 21,4%-i içki və qida məhsullarının satışı üzrə xidmətlərdən, 9,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Gəlirlərin 97,0 mln. manatı (71,0%-i) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb.

Xidmətlərin göstərilməsinə çəkilən xərclər 105,2 mln. manat olub. Onların 32,3%-ni əmək haqqı xərcləri, 14,9%-i içki və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 8,0%-ni yanacaq və enerji xərcləri, 7,9%-ni bütün növ sosial sığortalar üzrə ayırmalar, 7,3%-ni amortizasiya ayırmaları, 29,6%-ni isə digər xərclər təşkil edib. Bu müəssisələrdə çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% artaraq 9 770 nəfər olub və bir işçiyə düşən orta aylıq nominal əmək haqqının məbləği 579,3 manat təşkil edərək ölkə üzrə orta göstəricidən 11,1% çox olub.

Son xəbərlər

Orphus sistemi