Azərbaycanda daha bir neçə hotelə ulduz dərəcələri verilib

Azərbaycanda daha bir neçə hotelə ulduz dərəcələri verilib Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekspert qrupu mehmanxanalara baxış keçirib
Turizm
23 Avqust , 2016 11:13
Azərbaycanda daha bir neçə hotelə ulduz dərəcələri verilib

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq, müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

“Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin sifarişi ilə hazırlanan xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Məlumata əsasən, bu ilin avqust ayı ərzində Bakı şəhəri və ölkə ərazisində yerləşən 11 mehmanxanaya - “Chinar Hotel & Spa Naftalan”, “El Resort”, “Ayan Palace” mehmanxanalarına 5 ulduz, “Kür Hotel”, “Ober-Lux”, “Elfaro”, “Atlant”, “AF Hotel”, “Afra Hotel”, "Opera Hotel” mehmanxanalarına 4 ulduz, “Lotos” mehmanxanasına isə 3 ulduz dərəcəli sertifikatlar verilib.

Son xəbərlər

Orphus sistemi