Yuxarı

Azərbaycanda bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.


"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib.
1. "Şafran Hotel" mehmanxanası (4 ulduz),
2. "Caspian Business Hotel" mehmanxanası (4 ulduz),
3. "Qafqaz Park" mehmanxanası (4 ulduz),
4. "Admiral" mehmanxanası (4 ulduz),
5. "Egoist" mehmanxanası (4 ulduz),
6. "Qız Qalası" mehmanxanası (3 ulduz).

Beləliklə də, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi