Yuxarı

​Azərbaycanda beynəlxalq “Bitkiçilik, Landşaft və Şəhərsalma” sərgisi açılacaq

Sərgi dekabrın 15-dən 17-dək davam edəcək

Bakı. 4 iyul. REPORT.AZ/ “Baku Expo Centre”də beynəlxalq “Bitkiçilik, Landşaft və Şəhərsalma”(AFU EXPO 2016) sərgisi təşkil olunacaq. 

“Report”Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən bildirir ki, bu il dekabrın 15-dən 17-dək davam edəcək sərgidə bu sahələrin inkişafına xidmət edən avadanlığın, sistemlərin və müxtəlif xidmətlərin, dekor materiallarının, müxtəlif bitkilərin, gübrələrin və s. nümayiş olunması nəzərdə tutulub.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər. Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi