​Azərbaycana gələn turistlər həftəlik 700 dollar xərcləyir

​Azərbaycana gələn turistlər həftəlik 700 dollar xərcləyir Bu, Mədəniyyət və Turizm Nazirliyinin bu yaxınlarda təqdim etdiyi rəqəmdir
Turizm
1 Aprel , 2015 16:28
​Azərbaycana gələn turistlər həftəlik 700 dollar xərcləyir

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycana gələn xarici turistlər səfər zamanı bir həftədə orta hesabla təxminən 700 ABŞ dollarından çox vəsait xərcləyirlər.

"Report" xəbər verir ki, bunu XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında sərginin əsas təşkilatçısı olan "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov bildirib.

O qeyd edib ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin bu yaxınlarda təqdim etdiyi rəqəmdir.

Şirkət rəhbəri əlavə edib ki, 2014-cü ildə Azərbaycanda keçirilən sərgilərə ümumilikdə 90 mindən artıq insan gəlib: "Burada xaricilərin sayı təxminən 17% olub".

Qeyd edəki, aprelin 2-4-də Bakıda XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi