Azərbaycana gələn əcnəbilər nağdsız ödənişləri 2 dəfə artırıb

Azərbaycana gələn əcnəbilər nağdsız ödənişləri 2 dəfə artırıb Xarici turistlərin səfərdən əvvəl və ölkə daxilində nağd ödənişləri də olub
Turizm
1 Avqust , 2017 14:59
Azərbaycana gələn əcnəbilər nağdsız ödənişləri 2 dəfə artırıb

Bakı. 1 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 93% artaraq 507 450 635 manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Mərkəzi Bankına istinadən açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, əlavə olaraq xarici turistlər səfərdən əvvəl və ölkə daxilində nağd ödənişlər də ediblər.

“Həmçinin qeyd edirik ki, Dünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına əsasən, Azərbaycan üzrə 2016-cı ildə turizm xidmətlərinin ixracının ümumi dövriyyəsi 2,8 milyard ABŞ dolları olub”, - deyə nazirlik bəyan edib. 

Son xəbərlər

Orphus sistemi