​Azərbaycan Xalça Muzeyində “Sevinən ölkəm” adlı tədbir keçirilib

​Azərbaycan Xalça Muzeyində “Sevinən ölkəm” adlı tədbir keçirilib Tədbirdə Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin əl işləri sərgilənib
Turizm
19 Oktyabr , 2015 08:33
​Azərbaycan Xalça Muzeyində “Sevinən ölkəm” adlı tədbir keçirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Ötən gün Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsi Dövlət Müstəqilliyi günü ilə əlaqədar “Sevinən ölkəm” adlı tədbir təşkil edib.

Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Uşaq Muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət “Sevinən ölkəm” adlı rəsm sərgisi və dekorativ tətbiqi sənətinə aid nümunələr nümayiş olunub.

Tədbirdə iştirak edən, həmçinin muzeyin məktəbli qonaqlarına “Mənim Müstəqil dövlətim” adlı intelektual oyun və Müstəqillik gününü əks etdirən suallar verilib. “Uşaq Muzeyi” şöbəsinin təqdimatında “Naxışlar aləminə səyahət” (milli geyim növləri, xalça elementləri təsvir olunması,“Özün toxu”(kilim, palaz toxunuşunun nümayişi), “Öz xalçanı yarat” (kompyuterdə naxışlar vasitəsilə xalça kompozisiyalarının yaradılması), “Face-art” (vətənə sevgi hissini uşaqlara yaşatmaq üçün, üz və əllərinə xüsusi boyalarla Dövlət atributlarının təsviri) məktəbli şagirdlər tərəfindən çox maraqla qarşılanıb.

“Sevinən ölkəm” adlı tədbir Maisə Əzizovanın bədii rəhbərliyi ilə “Uşaq teatrı” dərnək üzvülərinin ifalarında Tofiq Quliyevin “Bakı haqqında mahnı”sı, Nikolay Ostrovskinin “Qoy həmişə günəş olsun”,“Arşın mal-alan” Operettasından qızların xoru, Qaynana filmindən “ Biz mehriban ailəyik” və Emin Sabitoğlunun “Siravi Əhməd” adlı musiqi nömrələri ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi