Azərbaycan və Qazaxıstan qarşılıqlı turizmin inkişafına maraq göstərir

Azərbaycan və Qazaxıstan qarşılıqlı turizmin inkişafına maraq göstərir Ötən il Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı 17,2% artıb
Turizm
7 Fevral , 2017 11:57
Azərbaycan və Qazaxıstan qarşılıqlı turizmin inkişafına maraq göstərir

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan və Qazaxıstan Astanada keçiriləcək “EXPO-2017” beynəlxalq sərgisi çərçivəsində turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan İnvestisiya və İnkişaf Nazirliyi Turizm sənayesi Departamenti məlumat verib.

Azərbaycan tərəfi Astanaya səfər edən turistlərin oradan ölkəyə səfər etməsində maraqlıdır. Eyni zamanda, Azərbaycan əks istiqamətdə ölkədən turistlərin Qazaxıstana yönləndirilməsi ilə bağlı fəaliyyət göstərməyə hazırdır.

Ötən il Azərbaycana gələn turistlərin sayı 169 430 nəfər (10,9%) artıb. Bununla belə, BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayında 34 dəfə, Rusiyadan 7,6%, Qazaxıstandan 17,2%, İrandan isə 62,9% artım var. Bundan başqa, Azərbaycan bu ildən elektron viza sistemini tətbiq etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi