Yuxarı
    Bağlamaq

    Azərbaycan üzrə səyyar turizmdə 32% artım müşahidə edilir

    Beynəlxalq turizm axtarış sistemi Rusiyanın müstəqil səyyahları arasında təhlil aparıb

    Bakı. 18 yanvar. REPORT.AZ/ “Momondo” beynəlxalq turizm axtarış sistemi 2014-2016-cı illərin tələbat dinamikasını müəyyənləşdirmək üçün Rusiyanın müstəqil səyyahları arasında təhlil aparıb.

    "Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, aparılan təhlilə əsasən əldə edilən göstəricilərin 2017-ci ildə də eyni olacağı gözlənilir.

    Son iki ildə Rusiyada rublun kursu və iqtisadi vəziyyətlə əlaqədar olaraq keçmiş potsovet ölkələrində - Qazaxıstan (2016-cı ildə 4% artım), Gürcüstan (61% artım) və Azərbaycan (32% artım) üzrə səyyar turizmdə artım müşahidə edilir.

    "Momondo”nun Rusiyadakı təmsilçisi İrina Ryabovola bildirib ki, rus səyyar turistlər üçün adıçəkilən ölkələr büdcə istiqamətlidir: “Hazırda sözügedən ölkələrdə turizm sektoru inkişaf edir. Bu baxımdan yuxarıda qeyd edilən ölkələr 2017-ci ildə də səyyar turistlərin səfər edəcəyi trend istiqamətlər olmağa davam edəcək. Məsələn, bu il Qazaxıstanda 2020-ci ilə qədər turizm sahəsinin inkişaf etdirilməsi proqramının ikinci mərhələsinin həyata keçirilməsinə başlanılacaq. Eyni zamanda, bu il müxtəlif aviaşirkətlərin cəlb edilməsi üçün ölkə “açıq səma” rejiminə keçəcək. “Financial Times”ın versiyasına görə, Özbəkistan bu günlərdə 2017-ci ildə ən çox səfər ediləcək ikinci ölkə adını alıb”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi