​Azərbaycan Turizm və Menecment Universitetində kafedra müdirləri seçkisi keçirilib

​Azərbaycan Turizm və Menecment Universitetində kafedra müdirləri seçkisi keçirilib Universitetdə kafedra müdirləri 5 il müddətinə seçilir
Turizm
13 İyul , 2016 12:55
​Azərbaycan Turizm və Menecment Universitetində kafedra müdirləri seçkisi keçirilib

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) kafedra müdirləri seçkisi keçirilib.  

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, iyulun 13-də ATMU-nun Kafedra müdiri və dekan vəzifəsinə seçkilər üzrə Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüqar Mehrəli oğlu Nəzərov “İqtisadiyyat” kafedrasının, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizə Qurban qızı Məmmədova “İngilis dili” kafedrasının, filologiya elmləri namizədi, dosent Kamalə Təhsin qızı Kərimova “Dillər” kafedrasının müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, ATMU-da kafedra müdirləri 5 il müddətinə seçilir. 

Son xəbərlər

Orphus sistemi