Azərbaycan Turizm və Menecment Universiteti tender keçirir

Azərbaycan Turizm və Menecment Universiteti tender keçirir Tender iştirakçıları tələb olunan sənədləri martın 29-dək təqdim etməlidirlər
Turizm
8 Fevral , 2017 18:54
Azərbaycan Turizm və Menecment Universiteti tender keçirir

Bakı. 8 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) aprel ayı ərzində tədbirlərin təşkili xidmətinin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Tender üç lot üzrə keçirilir: ATMU-nun Beynəlxalq turizm sərgisində iştirakının və stendinin təşkili (lot-1), ATMU ilə "Krems İMC" Universiteti arasında əməkdaşlığın 10 illiyinə həsr edilmiş beynəlxalq konfransın keçirilməsi (lot-2), ümummilli liderin 94 illiyi ilə əlaqədar “Azərbaycanda mehmanxana və qida sənayesi: bu günü və gələcək inkişafı” mövzusunda gənc tədqiqatçıların IV Respublika Konfransının keçirilməsi (lot-3). Tenderdə iştirak haqqı hər bir lot üçün 100 manatdır.

Tender iştirakçıları tələb olunan sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) martın 14-ü saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə martın 29-u saat 17:00-a qədər ATMU-ya (Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllə) təqdim etməlidirlər.

İddiaçıların tender təklifləri martın 3-ü saat 10:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi