Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AzTA) xüsusi iclas keçirir. İclasda aprelin 11-də ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində vahid namizəd təşəbbüsünə dəstək məsələsi, həmçinin Azərbaycanda yay turizminə hazırlıq səviyyəsi, eləcə də assosiasiyanın sahənin inkişafına dəstək tədbirləri müzakirə olunur.
"Report"un verdiyi xəbərə görə, AzTA-nın rəhbəri Nahid Bağırov bildirib ki, son illərdə Azərbaycanda da gəlirli sahə olan turizmin inkişafı diqqət mərkəzində saxlanılır. O qeyd edib ki, ölkədə turizmin inkişafı üçün lazım olan infrastuktur yaradılıb.
"İndiyə kimi turizm sahəsinin inkişafı sahəsində həyata keçirdiyimiz bütün lahiyə və proqramlarda ölkə başçısının birbaşa dəstəyini hiss etmişik və əminəm ki, bundan sonra da belə olacaq. Layiqlı prezidentimizi biz də həmişə dəstəkləməyə hazırıq. Azərbaycanın turizm sahəsinin hələ də böyük inkişaf potensialı var və bu potensialın üzə çıxarılması və həyata keçirilməsi dövlət rəhbərliyinin dəstəyi olmadam mümkün deyil. Buna görə də, hər birinizi növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıram", - AzTA baçısı qeyd edib.