Yuxarı

​Azərbaycan sahibkarları Hindistana və Qazaxıstana beynəlxalq tədbirə dəvət olunub

Gələn il Hindistanda əczaçılıq və tibbi avadanlıq sənaye sahələri üzrə sərgi və konfranslar təşkil olunacaq

Bakı. 12 iyul. REPORT.AZ/ Hindistanda bu il oktyabrın 3-dən 5-dək səhiyyə sahəsində təklif olunan xidmətlərin ixracının təşviqini nəzərdə tutan “Üstünlüklü Sağlamlıq 2016” beynəlxalq sammiti keçiriləcək.

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna ("Azpromo") istinadən xəbər verir ki, sammit çərçivəsində Hindistanın aparıcı xəstəxanalarının, səhiyyə təşkilatlarının və tibbi ekspertlərin iştirakı ilə sərgi, konfrans, regional forumlar və işgüzar görüşlərin təşkil olunması nəzərdə tutulub.

Məlumata görə, bu il sentyabrın 16-da Qazaxıstan Hökumətinin və Maşın Mühəndisləri İttifaqının təşkilatçılığı ilə “Maşın mühəndislərinin IV Forum”u baş tutacaq.

Eyni zamanda gələn ilin fevralın 9-11-də Hindistanın Benqaluru, Karnatakada əczaçılıq və tibbi avadanlıq sənaye sahələri üzrə “India Pharma 2017” və “India Medical Device 2017” adlı II beynəlxalq sərgi və konfranslar keçiriləcək. Tədbir çərçivəsində sərgi və konfranslarla yanaşı, digər müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgi və konfraslarda iştiraka dəvə olunublar. 

Tədbirlər haqqında ətraflı məlumat əldə etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi