Bakı. 15 avqust. REPORT.AZ/ Hindistan hökuməti, Maliyyə və Sənaye Palataları Federasiyası ilə birlikdə “Hindistan poladı” mövzusunda beynəlxalq sərgi və konfrans keçirəcək.
“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, sərgi və konfrans gələn il aprelin 20-22-də Mumbaidə baş tutacaq.
Eyni zamanda “India Steel Expo 2017” adlı tədbir sərgi və konfransla yanaşı, CEO forumu, alıcı-satıcı görüşləri, investor toplantıları kimi paralel tədbirlərin təşkilidə nəzərdə tututub.
Azərbaycanın yerli sahibkarları və işgüzar dairələri sərgidə iştiraka dəvətlidirlər.
Tədbir haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.